Nəsimi rayonunda ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 29-cu İldönümü  ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı sədri Azər Süleymanov, partiya fəalları Bakı şəhəri 5 nömrəli tam orta məktəbin həyətində ağacəkmə aksiyasını həyata keçiriblər.

Aksiyada rayon təşkilatının müxtəlif ərazi ilk partiya təşkilatlarından partiya fəalları iştirak ediblər. Məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.