9 sentyabr 2023-cü il tarixində Nərimanov rayonu Heydər Əliyev prospekti 76 ünvanında Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının üzvləri və sakinlərlə görüş keçirilmişdir. Görüşdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, 19 saylı Nərimanov birinci seçki dairəsindən millət vəkili Hikmət Babaoğlu, partiya fəalları və sakinlər iştirak etmişdir.
Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə aparılan islahatlardan, partiyanın fəaliyyətindən geniş məlumat vermişdir.
Daha sonra millət vəkili Hikmət Babaoğlu Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətdən, müharibədən sonra aparılan quruculuq işlərindən və məcburi köçkünlərin doğma yurdlarına qayıdışından geniş bəhs etmişdir.
Görüş partiya fəallarının və sakinlərin fikirlərinin dinlənilməsi ilə davam etmişdir.