Mingəçevirdə şəhid Elcan Abbasovun xatirəsi anılıb

YAP Mingəçevir şəhər təşkilatının rəhbərliyi Vətən müharibəsi şəhidi Abbasov Elcan Əfsəddin oğlunun anım mərasimində iştirak ediblər.

Təşkilatın nümayəndələri şəhidin  ailə üzvlərinə başsağlığı veriblər.

Eyni zamanda, YAP Mingəçevir şəhər təşkilatı və Migəçevir ŞİH tərəfindən mingəçevirli şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə nəşr edilmiş plakat şəhidin ailəsinə təqdim edilib.