29 yanvar 2025-ci il tarixdə ölkəmizdə keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqdar YAP Ağdam rayon təşkilatında Yeni Azərbaycan Partiyasının Ağdam rayonu üzrə seçki qərargahının sədri Mansur Quliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasından olan namizədlərlə görüş keçirilmiş, onlarla fikir mübadiləsi aparılmış və YAP Mərkəzi Aparatının müvafiq tövsiyyə və təlimatları namizədlərin nəzərinə çatdırılmışdır.
Görüş zamanı Yeni Azərbaycan Partiyasının namizədlərinə namizədlik vəsiqələri təqdim olunmuşdur.