Yunanıstanda miqrant gəmisi batıb, üç nəfər itkin düşüb

Yunanıstanda miqrant gəmisi batıb, üç nəfər itkin düşüb

Yunanıstanın Krit adası sahillərində miqrantları daşıyan gəminin batması nəticəsində üç nəfər itkin düşüb.

 “Associated Press” xəbər verir ki, yerli hakimiyyət orqanları qəza yerində axtarış-xilasetmə əməliyyatına başlanıldığını bildirib.

Krit adasının cənub-qərbində ticarət gəmiləri tərəfindən ümumilikdə 42 miqrant xilas edilib. Yunanıstan Sahil Mühafizəsi hadisə barədə hökumətin İtaliya tərəfindən məlumatlandırıldığını açıqlayıb.

Yunanıstan 2015-ci ildən Avropaya miqrant axınının əsas marşrutlarından biridir. Son doqquz il ərzində Egey dənizində yüzlərlə mühacir həlak olub.