Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanaraq zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Polis əməkdaşlarının mayın 11-dən 18-dək həyata keçirdikləri tədbirlər nəticəsində Xankəndi şəhəri ərazisində 43 avtomat silahı, 3 tapança, 8 tüfəng, 15 qumbara, 1 bomba (C4), 19 alışdırıcı, 209 patron darağı, 6480 ədəd müxtəlif çaplı patron, 15 süngü-bıçaq, 1 videomüşahidə dronu və digər sursatlar, Şuşa, Füzuli və Xocalı rayonları ərazisində isə 13 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot və 60 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Həmin istiqamətdə tədbirlər davam etdirilir.