Vatikanın Müqəddəs Pyotr meydanında Fəxri Roma Papası XVI Benediktin dəfn mərasimi keçirilir.
Mərasimdə İtaliya Prezidenti Sercio Mattarrella da iştirak edir.
Xatırladaq ki, XVI Benedikt dekabrın 31-də 95 yaşında vəfat edib. O, səhhətinə görə “təqaüdə çıxan” ilk Papa olub və ömrünün son 10 ilini monastırda yaşayıb.