Rusiyanın Tuva Respublikasında istilik-elektrik stansiyasında qəza baş verib.
Respublikanın Şaqonar şəhərindəki elektrik stansiyasının istixanasında partlayış və yanğın olub. İlkin məlumata görə, 18 nəfər xəsarət alıb. Hazırda yanğın məhdudlaşdırılıb.
Stansiyada növbə çəkən 21 nəfərdən 18 nəfəri müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Tuva Respublikasında regional səviyyəli fövqəladə vəziyyət elan olunub.