Türkiyənin Egey dənizi sahillərində zəlzələ baş verib.
Türkiyə KİV xəbər verir ki, 5 bal gücündə zəlzələ ən çox Egey dənizindəki Midilli adasında hiss olunub.
Bildirilib ki, adada zəlzələdən sonra 3,9, 4 və 4,8 bal gücündə sarsıntılar qeydə alınıb.
Zəlzələ nəticəsində neqativ hal yaşanmayıb.