Türkiyədə xəstəxanada atışma - yaralananlar var

Türkiyədə xəstəxanada atışma - yaralananlar var

Türkiyənin Rize Dövlət Xəstəxanasında gecə saatlarında atışma baş verib.

“Haberler” xəbər verir ki, insident nəticəsində 5 nəfər yaralanıb.

Təxirəsalınmaz yardım şöbəsinə daxil olan naməlum şəxs tapançadan atəş açmağa başlayıb. Polis, jandarm, tibb işçisi və xəstəxananın iki pasiyenti güllə yarası alıb.

Növbətçi tibb işçiləri xəsarət alanlara ilkin tibbi yardım göstərib, sonra onlar hospitalizə edilib, həyatları təhlükə altında deyil.

Faktla bağlı istintaq aparılır.