Türkiyə Ukraynada müharibənin bitməsi üçün səylərini davam etdirəcək

Türkiyə Ukraynada müharibənin bitməsi üçün səylərini davam etdirəcək

Türkiyə Ukraynada müharibənin bitməsi və sülhün əldə olunması üçün səylərini davam etdirəcək.

Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nın açılış mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Ankara Qara dəniz "Taxıl sazişi"nin bərpa olunması üçün də tərəflərlə təmasları davam etdirəcək.