Türkiyə “Tayfun” qısamənzilli raketinin ikinci sınağını keçirib.
“TRT Haber” xəbər verir ki, proses Rizə-Artvin hava limanı ərazisində baş tutub.
Məlumata görə, sınaq uğurla həyata keçib.
Qeyd edək ki, “Tayfun”un ilk sınaq uçuşu 2022-ci il oktyabrın 22-də həyata keçirilib.
Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.
Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.