Tehranda ikimərtəbəli yaşayış binası uçub

Tehranda ikimərtəbəli yaşayış binası uçub

İranın paytaxtı Tehran şəhərində ikimərtəbəli yaşayış binasının uçması nəticəsində 7 nəfər xəsarət alıb.

Bu barədə yerli “Tasnim” agentliyi Tehranın xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Xidmətdən bildirilib ki, qəzaya səbəb qaz partlaması olub.

Hadisə yerinə gələn xilasedicilər 7 nəfəri binanın dağıntıları altından çıxarıb və onların hamısı xəstəxanaya yerləşdirilib.