Şəkidə yük avtomobili 88 yaşlı kişini vurub

Şəkidə yük avtomobili 88 yaşlı kişini vurub

Şəkidə yük avtomobili 88 yaşlı kişini vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, dekabrın 25-i saat 12 radələrində Şəki şəhəri ərazisində sürücü İlqar Əliyev idarə etdiyi “JAC” markalı yük avtomobili ilə piyada, 1935-ci il təvəllüdlü Mərdanov Paşa Hümmət oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən piyadaya tibbi yardımlar göstərilməsinə baxmayaraq vəfat edib.

Araşdırma aparılır.