Monteneqronun paytaxtı Podqoritsa şəhərində partlayış baş verib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə “Radio Televizija Crne Gore” məlumat yayıb.
Qeyd olunub ki, şəhərdə yerləşən Ali Məhkəmə binasının girişində partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verən hadisə yerində təcili yardım və polis qüvvələri çalışır.