Putin darıxdı
Bu gün Soçi şəhərində Rusiya və Ermənistan liderləri arasında görüş keçirilib. Görüşdə yeni bir kuryoz hadisə yaşanıb.
Belə ki, ikitərəfli görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyan öz çıxışını vərəqdən oxuyub. Paşinyanın çıxışını höccələyə-höccələyə oxuması isə diqqətdən yayınmayıb. Erməni baş nazirin mətni çətinliklə oxuması isə Rusiya prezidentini darıxdırıb. Videokadrlardan da göründüyü kimi, prezident Putin Paşinyanın bu hərəkətini hövsələsizliklə izləyib.