Nigeriyada qayığın batması nəticəsində 60 nəfər itkin düşüb

Nigeriyada qayığın batması nəticəsində 60 nəfər itkin düşüb

Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində qayığın batması nəticəsində azı 10 nəfər ölüb, 60 nəfər itkin düşüb.

Milli Fövqəladə Halların İdarə Olunması Agentliyindən göyərtəsində 85 nəfərin olduğu gəminin güclü daşqın nəticəsində çevrilərək batdığı bildirilib.

Anambra əyalət qubernatoru verdiyi açıqlamada bildirib ki, hadisə nəticəsində 10 nəfər boğularaq həlak olub. 

Əyalətin Dövlət Fövqəladə Hallar Agentliyinin rəhbəri aparılan xilasetmə işləri sayəsində şənbə günü axşam saatlarına kimi 15 nəfərin xilas olunduğu barədə məlumat verib.