Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərilə bağlı mobil operatorlar vasitəsilə əhalinin məlumatlandırılmasına başlanılıb. Secki-2024.az saytı xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihəsi çərçivəsində vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı SMS-lər göndərilir.
“7 fevral 2024-cü il prezident seçkiləri günüdür! Səsvermə hüququmuzdan istifadə edək!”, - göndərilən SMS-lərin mətnində qeyd edilib.