Moskvadan Qazaxıstanın Aktau şəhərinə uçan “Sukhoi Superjet” sərnişin təyyarəsi Samara hava limanında məcburi eniş edib.
TASS xəbər verir ki, bu barədə fövqəladə hallar nazirliyindən bildirilib.
İlkin məlumatlara görə, təyyarənin göyərtəsində ştatdankənar vəziyyət yaranıb.