Kuba Prezidenti Migel Dias-Kanel son 22 il ərzində İrana ilk dəfə səfər edib.
Bu, 2001-ci ildə Fidel Kastronun səfərindən sonra Kuba Prezidentinin İslam Respublikasına ilk gəlişidir.
Tehranda Migel Dias-Kaneli İran Prezidenti İbrahim Rəisi qarşılayıb. Tərəflər danışıqların nəticələri üzrə əməkdaşlıqla bağlı bir sıra saziş və memorandumlar imzalamağı planlaşdırırlar.