Növbədənkənar prezident seçkiləri ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək.
Bunu Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət edəcəyik.
Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.