İraqda məscidin günbəzi uçub

İraqda məscidin günbəzi uçub

İraqın şərqində yerləşən Vasit əyalətində məscidin günbəzinin uçması nəticəsində azı 12 nəfər xəsarət alıb.

Bu barədə yerli KIV məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində məscidin bərpası ilə məşğul olan işçilər xəsarət alıb. Yaralılar təcili xəstəxanaya yerləşdirilib, məscidin bərpa işləri müvəqqəti dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır.