“FlyArystan” Aktaudan Bakıya birbaşa uçuşlara başlayır

“FlyArystan” Aktaudan Bakıya birbaşa uçuşlara başlayır

Mayın 15-dən Qazaxıstanın aşağıbüdcəli aviaşirkəti “FlyArystan” Aktaudan Bakıya birbaşa uçuşlara başıayır.

Bu barədə şirkət xəbər verir.

Məlumata görə, birbaşa reyslər həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və bazar günləri həyata keçiriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, hazırda "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) Aktaudan Bakıya həftənin hər günü birbaşa uçuşlar həyata keçirir.