Türkiyə BRİKS-ə qoşulmaq istəyir, bu məsələ Rusiyada nazirlər toplantısında müzakirə olunacaq. "Yeni Azərbaycan" TASS - a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Əlbəttə, biz BRİKS-ə üzv olmaq istəyirik. Lakin bu il istəyimizə nail ola biləcəyimiz məlum deyil" - deyə diplomat qeyd edib.
Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval qeyd edib ki, BRİKS üzv olan bütün ölkələrin razılığı ilə bu prosesi həyata keçirməlidir.
Havar Şəfiyeva