Ərdoğan Anım Günü ilə bağlı paylaşım edib: "Qarabağ Azərbaycandır"

Ərdoğan Anım Günü ilə bağlı paylaşım edib: "Qarabağ Azərbaycandır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı X-də paylaşım edib.

Paylaşımda deyilir:

“Qarabağın və işğal altındakı Azərbaycan torpaqlarının dastanlara layiq azadlıq mübarizəsinin başlanğıcı olan Anım Günündə bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm. Qarabağ Azərbaycandır!”