Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb

Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb

Bu gün axşam saat 20:00 radələrində Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 01.04.2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb. 

Bi barədə Daşkəsən rayon fövqəladə hallar komissiyasının sədr müavini Elmar Əliyev məlumat verib. 

Ərazi mülki müdafiə qüvvələri tərəfindən Qabaqtəpə kəndinin ərazisində cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.