Azərbaycan nefti 2 %-dən çox ucuzlaşıb

Azərbaycan nefti 2 %-dən çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,14 ABŞ dolları, yaxud 2,2 % azalaraq 95,54 ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 90,27 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.