Azad edilmiş ərazilərdə daha 216 mina zərərsizləşdirilib

Azad edilmiş ərazilərdə daha 216 mina zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Azad olunan ərazilərdə 26 fevral - 3 mart 2024-cü il tarixi ərzində 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 2019,8 hektar ərazi minalardan təmizlənib.