Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Avqustun 8-də Xəzər dənizində zəlzələ qeydə alınıb. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 15:52-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.2-yə bərabər olub. 

Zəlzələnin ocağı 66 kilometr dərinlikdə yerləşib.