Bu ilin yanvar-may ayları ərzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “802” qaynar xətt telefon zəng xidmətinə 302 vətəndaş müraciəti daxil olub.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 25-i narkotik asılılığından müalicə, 239-u isə digər məsələlərlə - təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s. ilə bağlı olub.
Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 63 məktub ünvanlanıb.