“Bakıda və Abşeron yarımadasında yanvarın 22-si axşamnan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi gündüz arabir güclənəcək”.
Bunu Yeniazerbaycan.com-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.
“Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Bölgələrdə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək”.
O qeyd edib ki, havanın temperaturu gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Leyla Səməndər