Taksilərdə sərnişinlər musiqini özləri seçəcək
Paytaxtda fəaliyyət göstərən "Region taxi" şirkətindən maraqlı addım. Belə ki, *9595-i yığmaqla "Region taxi" sifariş edən müştərilər taksiyə əyləşdikləri zaman onlardan hansı musiqinin müşayəti ilə yol getmək istədikləri soruşulacaq. Bu, şirkətin musiqi tərtibatçıları tərəfindən hazırlanan xüsusi disklərdə sürücü tərəfindən müştərilərə təklif ediləcək.
Musiqilər "Köhnə Bakı şanson", "Muğam", "Xalq mahnıları", "70-80-ci illərin estrada mahnıları", "Jazz musiqi-Vaqif Mustafazadə", "Xarici estrada" , "Müasir Azərbaycan bəstəkarlarının mahnıları" və "Klassik musiqi" olmaqla təsnifatlaşdırılaraq müştəriləri üçün qət etdikləri məsafəni daha maraqlı edəcək.
Müştəri ümumiyyətlə musiqinin səsləndirilməsindən imtina edə bilər.