Qaxın kəndlərində modul tipli 4 yeni məktəb binası quraşdırılır

Qaxın kəndlərində modul tipli 4 yeni məktəb binası quraşdırılır

Qax rayonunun Əmircan, Qapıçay, Qarabaldır və Qaradolaq kəndlərində qəzalı vəziyyətdə olan ümumi orta məktəblər üçün inşa edilən modul tipli yeni binalarda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Məktəblərdən ikisi 80, ikisi isə 56 şagird yerlikdir. Yeni məktəb binalarının yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Təhsil Şöbəsindən məlumat verilib.
Modul tipli məktəb binaları azməsrəfli olmaqla yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılır, asan daşınır, sinif otaqlarının sayı şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılır.