Dekabrın 26-da Gəncədə bu şəhərin 2016-cı ildə “Avropanın Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar növbəti tədbir keçirilib. Belə ki, bu dəfə gəncəli gənclər flaşmob keçiriblər. Şəhərin mərkəzi meydanında bir araya gələn gənclər flaşmobdan sonra meydan boyu milli rəqslər oynayıb, “Yallı” gedib, müxtəlif əyləncələr keçiriblər. Onların yüksək əhval-ruhiyyədə və coşqu ilə axşamadək davam edən möhtəşəm şənlikləri meydana toplaşan bütün şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, gənclərin bu aksiyasını Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ali məktəb rektorları, müəssisə və təşkilat rəhbərləri maraqla müşahidə ediblər.