ABADçıların istehsal etdiyi qida məhsullarını əldə etmək üçün bakaleyaların sayı daha da artdı. Yeni "ABAD" bakaleyası "28 Mall”da yerləşən "Bravo" marketində fəaliyyətə başlayıb. Beləliklə, yeni açılmış satış məntəqəsi ilə birgə artıq 6 "Bravo" marketlər şəbəkəsində "ABAD” bakaleyaları mövcuddur:
"ABAD" bakaleyası "Bravo" Koroğlu;
"ABAD" bakaleyası "Bravo" Əhmədli;
"ABAD" bakaleyası "Bravo" 20 Yanvar;
"ABAD" bakaleyası "Bravo" Gənclik Mall;
"ABAD" bakaleyası "Bravo" Babək;
"ABAD" bakaleyası "Bravo" 28 Mall.
Qeyd edək ki, bakaleyalar vasitəsi ilə Azərbaycanın müxtəlif iqtisadi zonalarından olan kiçik ailə təsərrüfatlarında təbii şəraitdə ABADçılar tərəfindən hazırlanan məhsulları əldə etmək mümkündür.