YAP nümayəndə heyəti Qazaxıstanın "Nur Otan" Partiyasının qurultayında iştirak edəcək

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildiriblər ki, YAP nümayəndə heyəti Qazaxıstanın hakim “Nur Otan” Partiyasının XII qurultayında iştirak edəcək. Mayın 15-də keçiriləcək qurultayda YAP-ı partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və parlamentin üzvü Ərəstun Cavadov təmsil edəcəklər.