XİN: ABŞ hərbçilərinin Özbəkistanda yerləşdirilməsi planlaşdırılmır

XİN: ABŞ hərbçilərinin Özbəkistanda yerləşdirilməsi planlaşdırılmır

ABŞ hərbçilərinin Özbəkistanda yerləşdirilməsi planlaşdırılmır.

yeniazerbaycan.com xəbər verir ki,  bu barədə Özbəkistan XİN rəhbəri Abdüləziz Kamilov bildirib.

"Bu məsələ gündəlikdə dayanmır və müzakirə edilmir", - deyə o, Minskdə jurnalistlərə Amerika KİV-in müvafiq nəşrlərini şərh edərkən bildirib.

Bundan əvvəl “Politico” nəşri bildirmişdi ki, ABŞ Özbəkistanla orada əks-terrorçu qüvvələrin yerləşdirilməsi imkanları barədə danışıqlar aparır. Qəzetin yazdığına görə, Pentaqonun nümayəndələri gələn ay bu mövzunu müzakirə etmək üçün Özbəkistana səfər etməyi planlaşdırırlar.