Təhsil müəssisələrində dərslər əvvəlki qaydada davam etdiriləcək

Təhsil naziri Misir Mərdanov bildirib ki, dünən Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar ali təhsil müəssisələrində, eləcə də orta məktəblərdə təhlükəsizlik və mühafizə işləri gücləndirilib. Təhsil ocaqlarında dərslərin təxirə salınması nəzərdə tutulmayıb və dərslər əvvəlki qaydada davam etdiriləcək.