Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin sədri vəzifəsinə təyinat olmayacaq. Bunu APA-ya açıqlamasında Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, alt komitəyə sədr seçilməsi məsələsi öncə AŞ PA Bürosu səviyyəsində müzakirə olunacaq. S.Seyidov Azərbaycan nümayəndə heyətinin sessiya çərçivəsində “Siyasi məhbuslar” məsələsi ilə bağlı yeni təyin olunmuş məruzəçi Kristof Ştrössellə görüşünün keçirilib-keçirilməyəcəyinin hələ bəlli olmadığını da söyləyib.