İndoneziya parlamentində Azərbaycan üzrə əməkdaşlıq qrupu yaradılıb

Azərbaycanın səfirliyinin İndoneziya parlamentinin rəhbərliyi ilə apardığı davamlı iş nəticəsində bu ölkənin qanunverici orqanında İndoneziya-Azərbaycan ikitərəfli əməkdaşlıq qrupu yaradılıb.
Azərbaycanın İndoneziyadakı səfirliyindən bildiriblər ki, İndoneziya-Azərbaycan əməkdaşlıq qrupuna 9 siyasi partiyanı təmsil edən 17 deputat daxildir.
Parlament qrupu Azərbaycanla tanış olmaq, Milli Məclisdə görüşlər keçirmək məqsədi ilə yaxın zamanlarda Bakıya səfər etmək niyyətindədir.