Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi Azərbaycana səfərə gələcək

Səfər çərçivəsində P.Semnebi Azərbaycan rəsmiləri ilə, o cümlədən ölkəmizin xarici siyasət idarəsində görüşlər keçirəcək
Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi aprelin 6-7-də Bakıya səfərə gələcək.
Səfər çərçivəsində P.Semnebi Azərbaycan rəsmiləri ilə, o cümlədən ölkəmizin xarici siyasət idarəsində görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan ilə Aİ arasında bir çox sahələrdə əlaqələrin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, “Şərq tərəfdaşlığı” təşəbbüsü və Nabucco layihəsi ilə bağlı məsələlər müzakirə olunacaq.