Nyu-York şəhərində fəaliyyət göstərən “Radio Türküm” radio kanalı hər həftənin altıncı və bazar günləri günorta saat 11.00-13.00 aralarında Azərbaycan dilində müxtəlif mövzulara həsr olunan verilişlər yayımlamağa başlayıb. Azərbaycan Nyu-York Cəmiyyətinin (ANA) təşəbbüsü ilə həyata keçirilən layihənin aparıcısı ANA-nın sədr müavini Zəminə Mirhadivədir. Verilişin ilk buraxılışında Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev, ANA-nın sədri Əli Nəsibov, musiqiçi və bəstəkar Jon Lieçthy və sair qonaqlar iştirak ediblər.