ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni 2 günə həll etdim.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində keçirilən mitinqdə çıxışı zamanı bildirib.

“Əslində, Putin buna inana bilmirdi. O mənə dedi ki, 10 il ərzində bu münaqişəni həll etməyə çalışıb, amma buna nail ola bilməyib. Mən isə bunu iki gün ərzində etdim”,- deyə Donald Tramp qeyd edib.