"Qardaş Azərbaycanın Zəfər Günü mübarək!"

"Qardaş Azərbaycanın Zəfər Günü mübarək!"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr - Zəfər Günü münasibətilə "Twitter" hesabında paylaşım edib.

yeniazerbaycan.com-un məlumatına görə, paylaşımda deyilir:

“Haqlı mübarizəsində qazandığı zəfərdən sonra artıq Qarabağda Can Azərbaycanın bayrağı dalğalanır, xarıbülbül çiçəyi coşqu ilə açır.

Qardaş Azərbaycanın Zəfər Günü mübarək olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun"