Azərbaycan Respublikasında rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodon iyunun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu öndərin əziz xatirəsini ehtiramla yad edib.
AZƏRTAC xəbər verir ki, Prezident İqor Dodon görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzüb.