Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Bişkekdə bir sıra tədbirlər keçiriləcək. Azərbaycanın Qırğızıstandakı səfirliyindən APA-nın Qazaxıstandakı müxbirinə verilən məlumata görə, artıq Qırğız-Türk “Manas” Universitetinin böyük zalında Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş “Azərbaycan kinosu günləri”nə start verilib. Mayın 8-də səfirliyin inzibati binasında Azərbaycan diasporunun üzvləri və Qırğızstanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrinin iştirakı ilə yığıncaq keçiriləcək. Həmin gün Qırğız-Türk “Manas” Universitetində mərasimin davamı olaraq Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin və Azərbaycan eposunu əks etdirən “Dədə Qorğud” adlı bədii filmin nümayişi nəzərdə tutulur.