Fransa Prezidenti Azərbaycan dilində paylaşım edib

Fransa Prezidenti Azərbaycan dilində paylaşım edib

Fransa Prezidenti Emmanuel Makron Feysbukdakı səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.

yeniazerbaycan.com xəbər verir ki, Fransa prezidenti Azərbaycan dilində status yazıb:

“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, - yazıda bildirilib.

Digər bir paylaşımında Makron görüş zamanı çəkılmiş şəkli fransız, erməni və Azərbaycan dilində “Ermənistan, Azərbaycan, birlikdə” sözləri ilə təqdim edib.

Qeyd edək ki, dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.