Ərdoğanın səfəri ölkələr arasında yaranmış çətinlikləri tam aradan qaldırdı

“Əgər Ermənistanla Türkiyə arasında sərhədlərin açılması barədə bu və ya digər niyyət vardısa da, bu səfər həmin niyyətin üzərindən xətt çəkdi. Ona görə bu səfərə ehtiyac vardı”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı APA-ya açıqlamasında bildirib. M.Qurbanlı hesab edir ki, R.T.Ərdoğanın səfəri ölkələr arasında yaranmış çətinlikləri tam aradan qaldırdı: “Məsələlər ölkə rəhbərləri səviyyəsində müzakirə olunmalıydı, səfər zamanı belə də oldu. Türkiyə ilə münasibətlərimizə xələl gətirə biləcək bu və ya digər nüanslar aradan qaldırıldı”.