Ərdoğan: "Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq"

Ərdoğan: "Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının işğaldan azad olunmasının 104-cü ildönümü münasibəti ilə Tvitterdə paylaşım edib.

Paylaşımda deyilir: “Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Əvvəl olduğu kimi indi də haqlı mübarizəsində Azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.