Bu dəfə başqa məsələdə...
Bu günlərdə xaricdən idarə olunan youtube kanallarında “siyasi partiya başqanı” iki köməkçisinin onu tərk edərək xaricə köçdüyünü deyib.
Əslində o, bu açıqlaması ilə bir cinayətdə əli olduğunu özü dilə gətirib.
Məlumdur ki, hansısa partiyaya üzv olub, sonradan təhdid edildiyini uyduraraq başqa ölkədə yaşamaq şansı qazanmaq siyasi biznes predmetinə çevrilib.
Əli Əliyevin köməkçiləri də görünür elə bu məqsədlə Vətəndaş və İnkişaf Partiyasına “üzv olublar” və Əli Əliyevdən aldıqları saxta arayışlar əsasında aradan çıxıblar.
Belə aydın olur ki, Əli Əliyev həm də “siyasi mühacir statusu” nun alveri ilə məşğuldur. Əlahəzrət faktı onun özü etiraf edib.
Görünür, Əli Əliyev bu mövzuyla bağlı yenidən hüquq-mühafizə orqanları tərəfindən dindirilməli olacaq.
Qeyd edək ki, “siyasi mühacir statusu” bəzi partiyaların gəlir mənbəyinə çevrilib. Bir müddət əvvəl Arif Hacılının da adı bu “biznes”də hallandırılmış, “Müsavat” başqanının 1000 manat qarşılığında partiyaya "üzvlər" qəbul etməsi ortaya çıxmışdı.